
Milli Məclisin iki komissiyası yenidən formalaşdırıldı

Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları yaradılıb.
Metbuat.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında komissiyaların yaradılması haqqında qərar layihələri müzakirəyə çıxarılıb.
Məlumat verilib ki, Hesablayıcı komissiyasının tərkibinə deputatlar Naqif Həmzəyev, Sevinc Hüseynova, Eldar Quliyev, Soltan Məmmədov, Rövşən Muradov, Səbinə Salmanova və Mixail Zabelin daxil ediliblər.
İntizam komissiyasının tərkibinə isə Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Kəmaləddin Qafarov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Asim Mollazadə, Səttar Möhbalıyev, Nizami Səfərov daxil ediliblər.
Hər iki qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Oxşar xəbərlər

Milli Məclisin Hesablayıcı komissiyası yenidən təş...
Son Xeberler

Sabah Milli Məclisin İntizam komissiyası toplaşır
Son Xeberler

Milli Məclisin növbəti iclası nə vaxt keçirilcək?
Son Xeberler

Milli Məclisin plenar iclası keçilir
Bugun.az

MM Ali Baş Komandana və xalqa müraciət edəcək
Son Xeberler

Uşaqpulunun bərpası ilə bağlı ŞAD XƏBƏR! -
Son Xeberler