Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Mingəçevirdə güclü yanğın oldu

05.01.2025 16:25 142 baxış sayı 1 dəq. oxuma Metbuat
​Mingəçevirdə güclü yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində 1500kv.m. sahədə qamışlıq ərazi yanıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    E
    Telekom müxbiri

    Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

    Bütün məqalələrə baxın
    Paylaş: