
Minlərlə israilli küçələrə axışdı

Qəzzada girovların azad edilməsi tələbi ilə minlərlə israilli küçələrə axışıb.
Metbuat.az globalinfo.az-a istinadən xəbər verir ki, nümayişçilər İsrail bayraqlarını dalğalandırıb, girovları dəstəkləyən şüarlar səsləndirib və hökumətdən onların azad olunması üçün təcili tədbir görülməsini tələb ediblər.
Ən böyük aksiya Təl-Əvivin şərqində hökumət binaları kompleksinin yaxınlığında keçirilib. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi kabinetin istefası və yeni seçkilərin keçirilməsi tələbləri də səsləndirilib.
Bu dəfəki mitinqdə çıxış edənlər arasında keçmiş baş nazir və parlament müxalifətinin lideri Yair Lapid də olub. O, çıxışında Netanyahunun rəhbərlik etdiyi hakim koalisiyanın hər gün zəiflədiyini bildirib. Lapid 2023-cü il oktyabrın 7-də Fələstin radikallarının hücumuna səbəb olan nöqsanlarda mövcud kabineti günahlandırıb.
Təl-Əvivlə yanaşı, İsrailin bir çox başqa məntəqələrində, o cümlədən Qüds və Qəzza zolağı ilə həmsərhəd olan bəzi kəndlərdə də kiçik miqyaslı etirazlar keçirilib.
Oxşar xəbərlər

HAMAS 3 israilli qadın girovu azad edib
Bugun.az

Bayrağı indiren İsrailli taraftarları nehre attıla...
Son Xeberler

Tovuzlular orduya dəstək üçün sərhədə axışdı -
Son Xeberler

SON DƏQİQƏ! Kahramanmaraşda yenə zəlzələ oldu
Xəbər Anı

İsrail Ordusunun Qəzzadakı Yaralı Əsgərləri Təxliy...
Bugun.az

İsrail Hücumlarından Sonra Minlərlə Livanlı Suriya...
Son Xeberler