🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Moskvada 9 May paradı başladı - CANLI

09.05.2025 07:25 12 baxış sayı 1 dəq. oxuma
Moskvada 9 May paradı başladı - CANLI

Rusiyanın paytaxtı Moskvada İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar hərbi parad başlayıb.

Metbuat.az xəbər verir ki, Rusiyanın paytaxtına gələn xarici ölkələrin başçıları tribunalarda yerlərini alıblar.

Paradı Rusiya müdafiə naziri Andrey Belousov idarə edir.

Rusiya Prezidenti Vladimir Putin mərkəzi tribunadan paradı izləyir. O, tədbirdə 29 xarici ölkə lideri ilə birlikdə iştirak edir.

Paradda iştirak edən ölkələr bunlardır: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Efiopiya və sair.

Qırmızı meydanda keçirilən parada 13 ölkədən hərbçilər qatılıb. Bura Azərbaycan, Vyetnam, Belarus, Misir, Qazaxıstan, Çin, Qırğızıstan, Laos, Monqolustan, Myanma, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.

Paylaş: