
Mourinyonun gətirdiyi ulduz futbolçu gedir - Sərvət ödənmişdi

“Fənərbaxça”nın mərakeşli ulduzu Yussef En-Neysri barədə yeni iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, “Əl-Nəssr” klubunun futbolçunu transfer etmək üzrə olduğu irəli sürülüb. Səudiyyə Ərəbistanının “Riyadiya” telekanalında yayımlanan idman proqramında futbolçunun “Əl-Nəssr” klubu ilə məhsuldar danışıqlar apardığı qeyd edilib.
Qeyd edək ki, "Fənərbaxça"nın "Sevilya"dan 19,5 milyon avroya transfer etdiyi En-Neysri ümumilikdə 17 matça çıxıb. Ulduz futbolçu 17 matçda 4 qol vurub, 2 məhsuldar ötürmə edib. En-Neysri "Fənərbaxça" tarixinin ən bahalı transferi olub. “Fənərbaxça” ilə 2029-cu ilə qədər müqaviləsi olan En-Neysrinin hazırkı transfer dəyəri 22 milyon avrodur.
Oxşar xəbərlər

Mourinyonun istədiyi dünya ulduzunun adı bəlli old...
Bugun.az

"Beşiktaş" ulduz futbolçu ilə anlaşdı
Bugun.az

"Qalatasaray"ın istədiyi ulduz futbolçu qərarını v...
Bugun.az

"Bayer Leverkusen" Florian Wirtz üçün Fantastik Qi...
Son Xeberler

Gənc Musiqiçi Qəflətən Vəfat Etdi
Bugun.az

Ronaldinyo Bakıya gəlir
Xəbər Anı