Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Müavinət və təqaüdlərdə artımlar olacaq" - Açıqlama

19.03.2025 06:25 85 baxış sayı 2 dəq. oxuma Metbuat
"Müavinət və təqaüdlərdə artımlar olacaq" - Açıqlama

Müavinət və təqaüdlərin artırılması ilə bağlı rəsmi təkliflər bu həftə təqdim ediləcək.

Metbuat.az xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov paylaşım edib.

O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Nazirlər Kabineti müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasını yekunlaşdırır:

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı 23 dekabr 2024-cü ildə imzalandığını və Nazirlər Kabinetinə 3 ay vaxt verildiyini nəzərə alsaq, bu həftə sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı rəsmi təkliflərin təqdim ediləcəyi gözlənilir. Daha sonra sosial paketin növbəti istiqaməti olaraq yeni artımlar olacaq. Beləliklə, sosial paketin növbəti mərhələsində müavinət və təqaüdlərdə artımlar həyata keçiriləcək".

V.Bayramov eyni zamanda xatırladıb ki, bu ilin yanvar ayında Azərbaycanda orta aylıq əmək haqqı 12,8 faiz artaraq 1062,9 manata çatıb:

"Aylıq maaş artımının iki rəqəmli olması bu ildən minimum və eləcə də bir sıra sektorlarda əmək haqqı artımları ilə bağlıdır. Yeni sosial paketin icrasına başlanılması ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə də müsbət təsir edib.

Bu ilki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsəd ilə əlavə olaraq 1.5 milyard manatdan çox əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq".


N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: