Bugun.az
Bugun.az

23.10.2024 20:25

6 abunə

13

Müdafiə Nazirliyi Sürücü Axtarır!

Müdafiə Nazirliyi Sürücü Axtarır!

Müdafiə Nazirliyi sürücülər axtarır! Sizin kimi təcrübəli sürücülərə ehtiyacımız var. 50 yaşınadək olan hər kəs, hərbi xidmətini bitirmiş əsgərlər və ehtiyatda olan hərbi vəzifəlilər, qeydiyyatda olan poliklinikadan arayışla birlikdə Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə müraciət edə bilərlər.


Hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək istəyənlər üçün tələb olunan sənədlər:


– C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi;


– Şəxsiyyət vəsiqəsinin surəti;


– Hərbi biletin surəti;


– Tərcümeyi-hal;


– Rəngli fotoşəkil (2 ədəd 3×4 və 2 ədəd 4.5×6 sm ölçüdə);


– Qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin olmaması barədə) arayış.


Sənəd qəbulunun həyata keçiriləcəyi ünvan: Biləcəri qəsəbəsi, X.Natəvani küçəsi 1. (Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi)


Müraciət etmə vaxtı: Həftəiçi (bazar və bayram günlərindən başqa) saat 09:00-dan 18:00-dək, şənbə günləri saat 09:00-dan 13:00-dəkdir.