
Muxtar Babayev Danimarka kralı ilə görüşdü

COP29-un prezidenti Muxtar Babayev Danimarka kralı X Frederik ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Görüşdə həmçinin COP30-un prezidenti Andre Korrea du Laqu, Danimarkanın iqlim, energetika və kommunal xidmətlər naziri Lars Aaqaard, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Samyon Stil iştirak ediblər.
"Görüş zamanı tərəflər çoxtərəfli münasibətlər sisteminin qorunması üçün dünya ictimaiyyətinin diqqətinin zəruri olan addımlara cəlb edilməsi yollarını, həmçinin COP29-da qəbul edilmiş qərarların icrasını, COP30-un uğurla keçirilməsi imkanlarını müzakirə ediblər", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər

Ekologiya Naziri Muxtar Babayev Fransalı Həmkarı i...
Bugun.az

Muxtar Babayev onu işdən çıxardı
Bugun.az

Azərbaycan COP29 Prezidenti Qırğızıstanın Nümayənd...
Bugun.az

COP29 Prezidenti Britaniya Naziri ilə Görüşdü
Son Xeberler

Muxtar Babayev onu işdən çıxardı
Bugun.az

Danimarka Qrenlandiyanın müdafiə büdcəsini artırd...
Bugun.az