🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

“Mygov” istifadəçilərin sayı açıqlandı

12.09.2025 08:25 1 baxış sayı 1 dəq. oxuma
“Mygov” istifadəçilərin sayı açıqlandı

İstifadəyə verildiyi tarixdən bugünədək “mygov” istifadəçilərin sayı 1,68 milyona çatıb.

Bu barədə Metbuat.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, ötən müddət ərzində platformada vətəndaşlara göstərilən rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənib.

"33 dövlət xidməti yenidən tərtib edilərək rəqəmsallaşdırılıb. Hazırda platformada ümumilikdə 386 rəqəmsal xidmət mövcuddur. Platformada rəqəmsal formada təqdim olunan məlumatların sayı isə 69-dur", - məlumatda vurğulanıb.

Qeyd edək ki, bu gün yenilənmiş “mygov” platformasının istifadəyə verilməsindən bir il keçir.

Paylaş: