
NATO Rusiyaya qabaqlayıcı hücumlar həyata keçirə bilər - Admiral

NATO Rusiyaya qabaqlayıcı hücumlar həyata keçirmək üçün məsləhətləşmələr aparır.
Metbuat.az xəbər verir ki, bu barədə NATO-nun Hərbi Komitəsinin sədri admiral Rob Bauer açıqlama verib. O bildirib ki, NATO və Rusiya arasında silahlı münaqişə yaranarsa, hərbi alyans Rusiya ərazisinə yüksək dəqiqlikli silahlarla qabaqlayıcı hücumların həyata keçirilməsi ilə bağlı müzakirə aparır. Brüsseldə keçirdiyi mətbuat konfransında NATO arsenalının vəziyyətindən danışan Bauer, Rusiyaya hücum ehtimalını istisna etmədiklərini qeyd edib.
Bauer, “Tükənmiş silah ehtiyatlarımızı doldurmalıyıq. Lakin biz həmçinin hava hücumundan müdafiə sistemlərinə, dəqiq hücum sistemlərinə daha çox sərmayə qoymalıyıq. Bu, NATO-da yeni bir müzakirədir və və bizim müdafiə ittifaqı olmağımız hücuma məruz qalana qədər gözləyib sonra cavab verməliyik fikrinə olan baxışımız dəyişdiyi üçün şadam” - deyə bildirib.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Admiral: NATO Rusiyaya qarşı qabaqlayıcı zərbələr...
Azəri Xəbər

Şimali Koreya Ukrayna Müharibəsində Rusiyaya Yardı...
Bugun.az

Rusiya-NATO Şurası ləğv edildi
Bugun.az

ABŞ Rusiyaya Qarşı Geniş Sanksiyalar Hazırlayır; R...
Son Xeberler

Putin: Rusiya NATO-nun verdiyi vədlərin yerinə yet...
Azəri Xəbər

NATO Baş katibi: Qara dənizdə gəmilərə edilən hücu...
Azəri Xəbər


