
"Naxçıvan" qələbə qazandı - Basketbol Liqası

Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyununda "Naxçıvan" qələbə qazanıb.
Metbuat.az xəbər verir ki, A qrupunda baş tutan matçda Murat Dikmenin rəhbərlik etdiyi kollektiv "Abşeron"u 102:82 hesabı ilə üstələyib.
Qarşılaşma Bakı İdman Sarayında keçirilib.
Qeyd edək ki, B qrupunun təxirə salınmış matçları sabah reallaşacaq. "Şəki" - "Gəncə" görüşü saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində start götürəcək. "Sumqayıt" - "Quba" qarşılaşması isə saat 19:00-da Sumqayıt Olimpiya İdman Kompleksində başlayacaq.
Oyunlar dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan Basketbol Liqasında "Neftçi" qələbə qaz...
Bugun.az

"Sabah" "Sərhədçi"yə qalib gəldi - Basketbol Liqas...
Bugun.az

Azərbaycan Basketbol Liqası: "Sabah" "Şəki"ni məğl...
Azəri Xəbər

Avstriya Norveçi Darmadağın Etdi - Millətlər Liqas...
Bugun.az

"Araz-Naxçıvan" qələbə qazandı - Premyer Liqa
Bugun.az

Derbidə "Real" qələbə qazandı - Çempionlar Liqası
Bugun.az