Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Naxçıvan Seçki Komissiyasının Sədri Əkrəm Hüseynzadə Vəfat Etdi

08.10.2024 19:25 218 baxış sayı 1 dəq. oxuma Metbuat
Naxçıvan Seçki Komissiyasının Sədri Əkrəm Hüseynzadə Vəfat Etdi

Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə vəfat edib.


Xəbərə görə, o, uzun müddət davam edən ağır xəstəlikdən sonra dünyasını dəyişib.


Əkrəm Hüseynzadə 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetini tarix-filologiya ixtisası üzrə bitirib. Filologiya üzrə fəlsəfə doktoru idi.


2004-cü ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri təyin edilib.


Allah rəhmət eləsin!


N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: