
"Naxçıvana maneəsiz keçid məsələsi həllini tapmayıb" -Ceyhun Bayramov

Sloveniyalı həmkarıma Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra regionda yaranmış yeni reallıqlar barədə məlumat verdim.
Metbuat.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, mart ayında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşması, Azərbaycanın prosesin tam yekunlaşdırılması üçün olan legitim gözləntilərini Ermənistanla bir daha müzakirə etmək şansı olub: “Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan götürülməsi və Minsk qrupunun ləğvini qeyd etdim. Delimitasiya prosesi aparılır, hələ də kommunikasiyaların açılması məsələsi açıq qalır. Naxçıvanla maneəsiz keçidin hələ də təmin edilməməsi barədə də fikir mübadiləsi aparıldı. Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, orada gedən proseslərə ən böyük təhdid olan mina təhlükəsi də müzakirə edildi”.
Oxşar xəbərlər

Ceyhun Bayramov Gürcüstana səfər edəcək
Son Xeberler

Çavuşoğlu Ceyhun Bayramova zəng etdi
Son Xeberler

Ceyhun Bayramov Türkiyəyə gedib
Son Xeberler

Ceyhun Bayramov Rusiyaya getdi
Son Xeberler

Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı
Son Xeberler

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə
Son Xeberler