Nazir Milli Qəhrəman Natiq Qasımov adına Mingəçevir məktəbində oldu
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev dekabrın 6-da Milli Qəhrəman Natiq Qasımov adına Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbdə olub.
Bu barədə Metbuat.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə Natiq Qasımovun məktəbin foyesindəki xatirə lövhəsinə baxış keçirilib, Milli Qəhrəmanın əziz xatirəsi ehtiramla yad edilib.
Sonra təhsil ocağının ümumi fəaliyyəti və əldə etdiyi uğurlar barədə məlumat verilib.
Vurğulanıb ki, Natiq Qasımovun təhsil aldığı bu məktəbdə hazırda 1345 şagird oxuyur, onların təlim-tərbiyəsi ilə 80 müəllim məşğul olur.
E.Əmrullayev təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub və tədris prosesini izləyib, həmçinin məktəbin pedaqoji heyəti ilə görüşüb.
Daha sonra “Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Milli Qəhrəman Natiq Qasımovun adının verilməsi barədə” qərara uyğun olaraq yaxın zamanda müvafiq işlərin görülməsi məsələləri müzakirə edilib.
Qeyd edək ki, noyabrın 29-da Nazirlər Kabinetinin müvafiq qərarı ilə Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilib.
Oxşar xəbərlər
Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi Baş...
Edumap.az Təhsil Portalı
Azərbaycanda zəlzələ oldu
Xəbər Anı
Nailə Mirməmmədli vəfat etdi
Son Xeberler
Prezident şəhid olan Milli Qəhrəmanın atasına zəng...
Son Xeberler
İşdən çıxarılan İcra başçısı danışdı
Son Xeberler
BMT Salonunda Qeyri-adi Hadisə: Baş Nazir Ariel He...
Son Xeberler