
"Neftçi" daha bir futbolçunun transferini açıqladı

“Neftçi” daha bir futbolçunu heyətinə qatıb.
Klubdan Metbuat.az-a verilən məlumata görə, "ağ-qaralar" ekvadorlu Cordan Rezabala ilə anlaşıb.
25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika çempionatında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Barselona" ulduz futbolçunun transferini açıqlad...
Bugun.az

"Neftçi" yeni transferini reallaşdırdı
Bugun.az

“Qarabağ” tanınmış futbolçunun transferini elan e...
Bugun.az

“Şamaxı” yeni transferini açıqladı
Bugun.az

"Qalatasaray"da mübahisə - Ulduz futbolçunun trans...
Bugun.az

Vensan Abubakar "Neftçi"yə keçidini rəsimləşdirmək...
Azəri Xəbər