
“Neftçi” “Turan Tovuz”un, “Zirə” “Səbail”in qonağı olacaq

Bu gün futbol üzrə Misli Premyer Liqasında XVIII turun daha iki oyunu keçiriləcək.
Metbuat.az xəbər verir ki, günün ilk matçı Tovuzda “Neftçi” və “Turan Tovuz” komandaları arasında olacaq. Saat 16:00-da başlayacaq görüşü İnqilab Məmmədov idarə edəcək.
Turnir cədvəlində Qərb təmsilçisi 31 xalla 3-cü, Bakı klubu 16 xalla 7-ci sırada qərarlaşıb.
Günün son matçında isə “Səbail” “ASCO Arena”da “Zirə”ni qəbul edəcək. Saat 18:30-da start götürəcək oyunun baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.
Hazırda “qartallar” 27 xalla 4-cü, “dənizçilər” isə 9 xalla sonuncu – 10-cudur.
Qeyd edək ki, turun açılış oyununda “Kəpəz” və “Sumqayıt” komandaları qolsuz heç-heçəyə razılaşıblar. İlin son turuna dekabrın 22-də keçiriləcək “Şamaxı” - “Sabah” və “Qarabağ” - “Araz-Naxçıvan” oyunları ilə yekun vurulacaq.
Oxşar xəbərlər

"Qarabağ" və "Neftçi" mübarizəyə başlayır - Azərba...
Bugun.az

“Turan Tovuz” “Şamaxı”nı qəbul edəcək
Bugun.az

"Qarabağ" "Neftçi"ni böyük hesabla məlub etdi
Bugun.az

"Kəpəz" Komandası "Səbail"i Məğlub Etdi
Bugun.az

Azərbaycan Kuboku 1/8 Finalda Kimlər Qarşılaşacaq?
Bugun.az

"Səbail" - "Sabah" oyununda qalib müəyyənləşmədi -...
Bugun.az