Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Neftçi" "Zirə"yə qalib gəldi

23.11.2024 17:25 159 baxış sayı 1 dəq. oxuma Metbuat
"Neftçi" "Zirə"yə qalib gəldi

Misli Premyer Liqasında XIV turun növbəti oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, "Neftçi" doğma meydanda "Zirə" ilə qarşılaşıb. Görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə ilə xallarını 13-ə çatdıran "Neftçi" 7-ci pilləyə yüksəlib. "Zirə" isə 20 xalla 4-cü yerdə qalıb.

Günün ilk oyununda “Qarabağ” “ASCO Arena”da “Səbail”lə qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, XIV turun açılış oyununda "Araz-Naxçıvan" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 24-də keçiriləcək 2 oyunla yekun vurulacaq.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: