🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

​Nərimanovda yeraltı elektrik kabeli alışdı - VİDEO

18.06.2025 18:25 6 baxış sayı 1 dəq. oxuma
​Nərimanovda yeraltı elektrik kabeli alışdı - VİDEO

Bakının Nərimanov rayonu ərazisində yeraltı elektrik kabelində yanğın baş verib.

Metbuat.az-ın qaynar xəttinə daxil olan məlumata görə, hadisə axşam saatlarında qeydə alınıb. Hadisənin səbəbi hələlik məlum olmasa da, ilkin ehtimallara görə, elektrik naqillərindəki qısaqapanma yanğına səbəb olub.

Hadisə şahidlərinin verdiyi məlumata əsasən, yeraltından tüstü qalxmağa başlayıb və qısa müddət ərzində alov müşahidə olunub. Ərazidə yaşayan vətəndaşlar baş verənləri mobil telefonları ilə qeydə alaraq redaksiyamıza göndəriblər.

Hazırda hadisə yerinə aidiyyəti qurumların cəlb olunduğu və vəziyyətin nəzarətə götürüldüyü bildirilir. Yanğının daha geniş əraziyə yayılmasının qarşısının alındığı qeyd olunur.


Paylaş: