
Nikahdan kənar doğulan uşaqların sayı açıqlandı

Uşaqların 15%-i nikahdan kənar doğulur.
Metbuat.az APA-ya xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
Taliyə İbrahimova bildirib ki, bu məsələ bizi düşündürməlidir: “Son illərdə anemiya ilə doğulan uşaqların sayında 65%, talessemiya ilə doğulanlarda isə 86% artım var. Bu, qohum nikahlarına görə olur. Həqiqətən qohum nikahlarının demoqrafiyada təbii artıma təsiri var.
Qohum nikahları ilə bağlı qanuna edilən dəyişikliyin təsirini gələcəkdə görəcəyik”.
Oxşar xəbərlər

Nikahdan əvvəl aliment almaq mümkündürmü?
Son Xeberler

Ən ağıllı uşaqlar hansı ayda doğulur?
Xəbər Anı

Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
Bugun.az

Ana iki övladı ilə həyatına son qoydu:
Xəbər Anı

Azərbaycan əhalisinin sayı açıqlandı
AzMedia

Azərbaycanda il ərzində uşaqlara ən çox qoyulan ad...
Xəbər Anı