🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Nimesil" niyə zərərlidir? - Həkim açıqladı

05.02.2025 13:25 30 baxış sayı 2 dəq. oxuma
"Nimesil" niyə zərərlidir? -  Həkim açıqladı

Sosial şəbəkələrdə "Nimesil" dərman vasitəsinin satışdan çıxarılması ilə bağlı xəbərlər yayılıb. Bunu dərmanın zərərləri ilə əlaqələndirirlər. Bu səbəbdən ABŞ və Avropa ölkələrində “Nimesil”in istehsalı qadağan olunub.

Bəs bu dərman vasitəsinin hansı mənfi təsirləri var?

Bu barədə tibb üzrə ekspert, həkim Adil Qeybulla Metbuat.az-a açıqlamasında bildirib ki, bütün müasir dərmanlar, xüsusilə də qabaqcıl firmaların istehsal etdiyi dərmanlar Dünya Səhiyyə Təşkilatının (DST) reyestrinə daxil edilir. Dərmanların istifadəsi zamanı ortaya çıxan problemlərlə bağlı periodik olaraq ümumiləşdirmə aparılır:

“Bu prosesin nəticəsində bəzi dərmanlar reyestrdən çıxarıla bilər. Bunun üçün dünyanın aparıcı tibb mərkəzləri mövcuddur ki, onlar dərmanlarla bağlı rəyləri toplayıb ümumiləşdirir və nəticələri Dünya Səhiyyə Təşkilatına təqdim edirlər. Əgər bir dərmanın ciddi mənfi təsirləri müəyyən edilərsə, o, DST-nin reyestrindən çıxarılır. “Nimesil” də bu səbəbdən reyestrdən çıxarılıb. Onun hepatotoksik təsiri, yəni qaraciyərə toksik zərər yetirdiyi müəyyən edilib. Hətta bəzi hallarda “Nimesil”in “Parasetamol” kimi digər ağrıkəsicilərlə birlikdə istifadəsi qaraciyər çatışmazlığına və ölümə səbəb ola bilər”.

Həkim qeyd edib ki, “Nimesil” qeyri-steroid iltihabəleyhinə ağrıkəsici dərmandır və bu kateqoriyaya aid yetərincə alternativ mövcuddur:

“Seçim imkanları geniş olduğuna görə, sözügedən dərman vasitəsi Avropada istehsaldan çıxarılıb və istifadəsi qadağan edilib. Hərçənd bəzi üçüncüölkələrdə hələ də istehsalı davam edir. Amma hesab edirəm ki, Azərbaycanda da qadağan olunması tam məntiqlidir”.

Sevinc İbrahimzadə / Metbuat.Az

Paylaş: