Bakıda iki həkim koronavirusdan öldü - FOTO

11.12.2020 09:49 505 baxış sayı 2 dəq. oxuma
Bakıda iki həkim koronavirusdan öldü -

Bakıda iki həkim koronavirusdan dünyasını dəyişib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİ) məlumatda bildirilib.

Qeyd edilib ki, bunlar 8 saylı Şəhər poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə. Əfəndiyev adına 2 nömrəli Şəhər klinik xəstəxanasının həkim-terapevti İntizar Məmmədovadır:

"Onlar koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərimizdən idi. Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına çevrilərək həyatlarını itiriblər".

Bakıda iki həkim koronavirusdan ölüb (FOTO) - Gallery Image Bakıda iki həkim koronavirusdan ölüb (FOTO) - Gallery Image

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: