Bugun.az
Bugun.az

24.10.2024 23:25

5 abunə

17

Nokia 2300 Telefonu Yenidən Bizimlə!

Nokia 2300 Telefonu Yenidən Bizimlə!

Bir zamanlar satışda zirvələri fəth edən, əfsanəvi Nokia 2300 telefonu yeni versiyası ilə geri dönür!


Nokia markasının lisenziyasına sahib "HMD Global" şirkəti, köhnə telefonların yeni versiyalarını təqdim etməklə nostalji dalğasını davam etdirir.


Bildiyimiz kimi, şirkət daha əvvəl də populyar Nokia telefonlarından bəzilərini yeniləmişdi. Yeni versiya olan Nokia 2300, klassik dizaynını saxlayacaq. Daha yeni bir ekran və klaviatura ilə gələcək.


İnternetə sızan fotolara görə, bu telefon "ağıllı" smartfonlardan fərqli olaraq, daha böyük ölçüdə, rəngli ekran və arxa kamera ilə təchiz olunacaq.


Nokia 2300-ün 2.4 düymlük ekran, QVGA kamera, 1000 mAh batareya və 4 MB daxili yaddaşla təchiz olunacağı deyilir.


Qeyd edək ki, ilk dəfə 2003-cü ildə satışa çıxarılan Nokia 2300, xüsusən Çin, Hindistan və Rusiya kimi ölkələrdə böyük maraqla qarşılanmışdı.