
Noyabrda aşkarlanan minaların sayı açıqlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.
ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, azad olunan ərazilərdə noyabr ayı ərzində 85 tank əleyhinə mina, 456 piyada əleyhinə mina, 2274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 4707,4 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Zərərsizləşdirililmiş minaların sayı açıqlandı
Bugun.az

"Buzlu şüşə" aşkarlanan xəstələrin sayı açıqlandı...
Son Xeberler

Azərbaycan əhalisinin sayı açıqlandı
AzMedia

Türkiyədə 1261 nəfər koronavirusdan sağaldı - 19-u...
Son Xeberler

Türkiyədə 1493 nəfər koronavirusdan sağaldı -
Son Xeberler

Duq Keysi: Ermənistanın Azərbaycan mina xəritələri...
Azəri Xəbər


