Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

O, seçkidə Ərdoğanın rəqibi olacaq - FOTO

14.11.2025 12:02 6 baxış sayı 2 dəq. oxuma Metbuat
O, seçkidə Ərdoğanın rəqibi olacaq - FOTO

Türkiyədə keçiriləcək növbəti prezident seçkilərində kimlərin əsas namizəd olacağı müəyyənləşib. Ekstremal vəziyyət yaranmasa, heç kimin şübhəsi yoxdur ki, AKP-nin namizədi hazırkı prezident Rəcəb Teyyub Ərdoğan olacaq.


Əsas müxalifət partiyası da artıq öz namizədini açıqlayıb. Növbəti prezident seçkilərində müxalifətin əsas namizədi Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Özgür Özəl olacağı gözlənilir. CXP lideri bu yaxınlarda İstanbulda keçirilən mitinqdə prezidentliyə namizəd olacağının anonsunu verib. O, Türkiyənin dövlət başçısı Rəcəb Teyyub Ərdoğana səslənərək, "Səninlə güllü-çiçəkli baharda da, qarlı-boranlı qışda da yarışmağa hazıram. Seçkinin vaxtını təyin et," deyib. Bu bəyanat Özgür Özəlin rəqabətə tam hazır olduğunu göstərir.


Qeyd etmək lazımdır ki, əvvəllər CXP-nin prezidentliyə namizədi hazırda məhbus həyatı yaşayan İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu idi. Lakin İmamoğlunun məhkəmə prosesinin ən azı bir neçə il davam edəcəyini nəzərə alan Özəl siyasi meydana özü daxil olmağa qərar verdi. Bu addım müxalifətin seçki planında mühüm dəyişikliyə səbəb oldu.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: