Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Okan qərarını verdi: Osimen meydana çıxmayacaq

15.11.2025 13:22 3 baxış sayı 1 dəq. oxuma Metbuat
Okan qərarını verdi: Osimen meydana çıxmayacaq

Təcrübəli məşqçi Okan Buruk "Qalatasaray"ın gələn həftə "Gənclərbirliyi" ilə keçirəcəyi oyuna çıxaracağı ilk 11-i müəyyənləşdirdi. Açıqlanan heyətdə dünyanın ən yaxşı bombardirlərindən sayılan Viktor Osimenin adı yer almayıb.


Bu qərarın səbəbi aydındır: futbolçu Nigeriya yığması ilə DÇ-2026 seçmələri çərçivəsində ardıcıl iki matçda iştirak edib. Yığmadan yorğun qayıdan ulduz futbolçunu istirahət etdirmək qərarına gələn Okan Buruk, zədə riskini aradan qaldırmaq istəyir.


Yerli media məlumat verir ki, Osimenin yoxluğunu komanda yoldaşı Mauro İkardi əvəz edəcək. İkardinin "Gənclərbirliyi" ilə oyunda əsas heyətdə meydana çıxacağı bildirilir.


C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: