
Ölkədə qatar qəzalarında ölənlərin sayı açıqlandı

2024-cü ilin 10 ayında ADY-yə məxsus yollarda qatar qarşısına qəfil insan və ya avtomobil çıxması nəticəsində 15 toqquşma baş verib, nəticədə 5 nəfər xəsarət alıb, 11 nəfər vəfat edib.
Metbuat.az xəbər verir ki, bu haqda ADY sosial şəbəkə hesablarında məlumat yayıb.
Bildirilib ki, dəmir yolunda qəza hadisələrinin əksəriyyəti piyada və sürücülərin diqqətsizliyinə görə baş verir:
“ADY qəzaların qarşısının alınması məqsədilə dəmiryol ətrafında yerləşən məktəblərdə maarifləndirmə işləri görür, sakinlərlə görüşlər keçirir.
Həmçinin yolların müasir avadanlıqla diaqnostikasını aparır, keçidlərdə xəbərdaredici nişanları artırır, dəmir yollarına yaxın ərazilərdə maarifləndirici posterlər yerləşdirir”.
Qeyd edək ki, hər il dünyada təxminən 1,3 milyon insan yol qəzalarında həlak olur. Dəmir yollarındakı qəzalarda isə 7-10 min insan həyatını itirir.
Oxşar xəbərlər

Qəzzada ölənlərin sayı 50 minə yaxınlaşır
Bugun.az

Bakıda spirtdən zəhərlənərək ölənlərin sayı 24-ə ç...
Bugun.az

Türkiyədə koronavirusdan ölənlərin sayı 106 nəfər...
SON Xəbər

Türkiyədə koronavirusdan ölənlərin sayı AÇIQLANDI
SON Xəbər

Türkiyədəki Terror Hücumunda Ölənlerin Sayı 5-ə Ça...
Bugun.az

Los-Ancelesdə yanğınlarda ölənlərin sayı 10-a yüks...
Bugun.az