Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​OpenAI "ChatGPT agent"i təqdim etdi

18.07.2025 19:25 19 baxış sayı 1 dəq. oxuma Metbuat
​OpenAI "ChatGPT agent"i təqdim etdi

OpenAI süni intellekt sahəsində yeniliyə imza atıb.

Metbuat.az xəbər verir ki, şirkət özünün yeni məhsulu olan "ChatGPT agent"i təqdim edib. Şirkətin baş direktoru Sem Altman bildirib ki, yeni proqram yeni qabiliyyət səviyyəsini təmsil edən mürəkkəb tapşırıqları avtonom şəkildə yerinə yetirə bilir. OpenAI-nin saytında edilən canlı yayımda “ChatGPT agent”i gəlinlik sifariş etməkdən tutmuş təqdimat hazırlamağa kimi müxtəlif tapşırıqları necə yerinə yetirdiyini nümayiş etdirib.

Yeni agent hazırda yalnız “ChatGPT Pro”, “Plus” və “Komanda” istifadəçiləri üçün əlçatandır. Sistem lazım gəldikdə istifadəçilərdən giriş etimadnaməsini və icazələri tələb edir.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: