
Osimhen transferinin detalları açıqlandı

“Qalatasaray" Viktor Osimhenin transferi barədə “Napoli” ilə razılıq əldə edib.
Metbuat.az xəbər verir ki, tərəflər 75 milyon avroya razılığa gəliblər. İddialara görə, “Qalatasaray" “Napoli”yə 40 milyon avro ilkin ödəniş verəcək. 35 milyon avro növbəti ildə ödəniləcək. Müqavilədə 5 milyon avroluq bonuslar da yer alıb. İddia edilir ki, klublar arasında razılaşmaya əsasən “Qalatasaray" futbolçunun növbəti satışından “Napoli” klubuna 10 faiz pay verəcək.
Qeyd edək ki, ötən mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimhen 41 matçda iştirak edib. Futbolçu bu matçlarda 37 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər

Osimhenin yeni klubu açıqlandı
Bugun.az

Osimhendən “Qalatasaray”a möhtəşəm jest - Sərvət t...
Bugun.az

Osimhenin "Qalatasaray" Macərası Qısa Müddətli Ola...
Son Xeberler

“Qalatasaray”ın Osimhen xəyalı bitdi - Bu klubu se...
Bugun.az

“Qalatasaray” arzusuna çatır - Osimhen seçimini et...
Bugun.az

Osimhen "Qalatasaray"da qalmaq üçün fantastik təl...
Bugun.az