
Parisdə Ukrayna ilə bağlı sammit - Avropa liderləri bir araya gəldi

Parisdə Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi və Avropanın aparıcı liderlərinin iştirakı ilə Ukrayna üzrə fövqəladə təhlükəsizlik sammiti həyata keçirilib.
Metbuat.az xəbər verir ki, Parisdəki Yelisey sarayında keçirilən Ukrayna ilə bağlı qeyri-rəsmi təhlükəsizlik sammitində Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, Hollandiya və Danimarka təmsil olunur. Sammitdə həmçinin Avropa İttifaqı Şurasının sədri Antonio Kosta, Aİ Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte iştirak ediblər.
Qeyd edək ki, Emmanuel Makronla ABŞ Prezidenti Donald Trampın sammitdən əvvəl telefonla danışdığı mətbuata bildirilsə də, Yelisey Sarayından hələlik görüşlə bağlı açıqlama verilməyib.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Noyabrın 4-də Brüsseldə Avrointeqrasiya üzrə sammi...
Azəri Xəbər

Zelenski Parisdə Makronla görüşəcək
Azəri Xəbər

Aİ martın 6-da Ukrayna ilə bağlı fövqəladə sammit...
Bugun.az

Aİ liderləri və Zelenski Ukrayna ilə bağlı danışıq...
Azəri Xəbər

Aİ liderləri Ukrayna ilə bağlı görüş keçirəcəklər
Azəri Xəbər
G20 sammiti çərçivəsində Trampın Ukrayna planını m...
Azəri Xəbər


