🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Paşinyan Zəngəzurla bağlı göstəriş verdi

13.08.2025 08:25 1 baxış sayı 2 dəq. oxuma
Paşinyan Zəngəzurla bağlı göstəriş verdi

Ermənistan Baş naziri Nikol Paşinyanın göstərişi ilə Qərbi Zəngəzurda sülh kampaniyası başlayıb.

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, hər il “İcmalar Günü” münasibətilə Zəngəzurda tədbirlər təşkil olunsa da, bu il bu günləri böyük təmtəraqla qeyd etmək üçün göstəriş var:

“Avqustun 15-də Qori, 16-da Qafan, 24-də Qacaran günüdür. Zəngəzurlulara bayram şənlikləri təşkil etmək, hakimiyyətə müsbət mesajlar vermək qərara alınıb.

Bir neçə gün əvvəl Dığ kəndi ilk icma bayramını qeyd edib, hətta son vaxtlar regional tədbirlərdə, xüsusən də vilayət qubernatoru Robert Qukasyanın qatıldığı tədbirlərdə iştirak etməyən Qafan rəhbəri Gevorq Parsyan da mərasimə qatılıb. Yerli icmanın meri David Qulunts çıxışında hətta Vaşinqton razılaşmasına da toxunaraq bildirib ki, Donald Trampın himayəsi ilə sülh bəyannaməsi imzalanması sülh haqqında dəyərli sənəddir, sülh olarsa, bölgə sakinləri daha yaxşı yaşayacaqlar”.

Paylaş: