
Pensiyalarla bağlı yeni qayda - Nələr dəyişəcək?

"Artıq pensiya ilə bağlı qərarların əldə olunması daha çevik həyata keçiriləcək. Nazirlər Kabineti tərəfindən əmək pensiyaları ilə bağlı təsdiq edilən yeni qaydalar vətəndaşlara elektron hökumət platforması üzərindən bütün prosesləri izləməyə və nəticələri qısa müddətdə əldə etməyə imkan verir".
Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov deyb.
Bu dəyişikliklər "Əmək pensiyaları haqqında" Qanuna edilən düzəlişlərə əsaslanır və məqsəd sistemin daha çevik və şəffaf işləməsini təmin etməkdir. Millət vəkili Vüqar Bayramov bildirib ki, qərarlar həm təyin, həm də yenidən hesablanma və ya dayandırılma mərhələlərində elektron sistemdə avtomatik paylaşılacaq.
Prosesin elektronlaşdırılması təkcə rahatlıq deyil, həm də şəffaflığın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Dövlət qurumları arasında məlumat mübadiləsi avtomatlaşdırılmaqla, sənəd dövriyyəsindəki gecikmələrin də qarşısı alınacaq. Yeni mexanizm pensiya alan vətəndaşların fərdi hesab məlumatlarının avtomatik yenilənməsinə şərait yaradacaq. Bu da bəzi hallarda pensiya məbləğlərinin artmasına imkan verə bilər.
Yeni qaydalar həm də pensiya təyinatının proaktiv şəkildə həyata keçirilməsini sürətləndirəcək. Əmək fəaliyyəti dayanan vətəndaşlar artıq sistemin özü tərəfindən avtomatik şəkildə pensiya təyin olunması ilə bağlı bildiriş alacaqlar.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər

Maaş və pensiyalarla bağlı
Xəbər Anı

Realme Neo 7 SE: Nələr təklif edəcək?
Texnologiya xəbərləri

Azərbaycanda bu qayda ləğv olunur
Bugun.az

Pensiyalarla bağlı ŞAD XƏBƏR
Son Xeberler

Icarus Oyununun 2.2.55.137128 Yenilənməsi Haqqında
Texnologiya xəbərləri

İşıqla bağlı yeni qərar - Nələr dəyişəcək?
Bugun.az