Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Polis əməliyyat keçirdi -Saxlanılan var

07.03.2025 06:25 103 baxış sayı 1 dəq. oxuma Metbuat
Polis əməliyyat keçirdi -Saxlanılan var

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər də məhkum olunmuş Ramin Şıxəliyev saxlanılıb.

Metbuat.az xəbər verir ki, adıçəkilən şəxsdən 1 kiloqrama yaxın heroin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, R.Şıxəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.

Bundan əlavə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini tapdığı 1 ədəd avtomat, 1 ədəd daraq və 29 ədəd patronu könüllü olaraq polisə təhvil verib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: