🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Prezident: "Avropa İttifaqı özünü Fransanın təsirinə salmasın"

14.10.2024 14:25 43 baxış sayı 2 dəq. oxuma
Prezident: "Avropa İttifaqı özünü Fransanın təsirinə salmasın"

Avropa İttifaqı Ermənistan-Azərbaycan sülh prosesində hər zaman olduğu kimi neytral mövqe saxlamalıdır.


Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bunu bildirib.


Dövlət başçısı qeyd edib ki, Azərbaycan torpaqlarının işğal edildiyi dövrdə Avropa İttifaqı bu məsələdə heç vaxt fəal rol oynamayıb:


"Bizim o dövrdə Avropa İttifaqına və Avropa institutlarına ünvanladığımız sayda müraciətlərə belə cavab verilirdi ki, bu məsələ Minsk qrupu tərəfindən həll olunur, Avropa İttifaqının bu məsələyə aidiyyəti yoxdur. Hazırda isə Avropa İttifaqının bu məsələyə daha fəal cəlb olunduğu görünür. Ancaq təəssüf ki, Brüsseldə, Avropa İttifaqının mənzil-qərargahında bəziləri tərəfkeşlik edirlər."


Prezident bildirib ki, bu qeyri-məhsuldar mövqe yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir.


"Əgər mümkündürsə, mən belə bir tövsiyə edərdim ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə getməsinlər, özünü Fransanın təsirinə salmasınlar. Çünki, Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və hələ də belə qalmaqdadır", - Prezident İlham Əliyev vurğulayıb.


Paylaş: