
Prezident İsrailin nazirini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevi qəbul edib.
Metuat.az xəbər verir ki, Miri Reqev İsrail Prezidenti İsxak Hersoqun salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrailin dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmli olduğu qeyd edilib.
Miri Reqev COP29-un yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.
Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

Prezident Qazaxıstanın Baş nazirini qəbul etdi
Bugun.az

İsrail qərar qəbul etdi - İranı vuracaq
Son Xeberler

İran İsrailin Siber Hücumundan Qorxaraq Elektron C...
Son Xeberler

Tramp İsrailin Hərbi Əməliyyatlarına Dəstək Verdi
Bugun.az

Prezident Çavuşoğlunu qəbul etdi
Son Xeberler

SON DƏQİQƏ: İran hücuma keçəcək
Xəbər Anı