Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Prezident və xanımı Patriarx Kirill ilə görüşüb

03.05.2025 16:25 74 baxış sayı 1 dəq. oxuma Metbuat
Prezident və xanımı Patriarx Kirill ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.

Metbuat.az xəbər verir ki, görüşdən sonra Moskva və bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfəyə görə Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: