Prezidentdən hərbi xidmətlə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Metbuat.az xəbər verir ki, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1990–2006-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Etiketlər
Oxşar xəbərlər
Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
Bugun.az
Prezidentdən Vilayət Eyvazov və Zakir Həsənovla ba...
Son Xeberler
Prezidentdən ümumtəhsil məktəblə bağlı çox vacib S...
Son Xeberler
Hərbi xidmətlə bağlı sərəncam imzalandı - YENİ QAY...
Bugun.az
Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi v...
Son Xeberler
Prezidentdən yeni Sərəncam
Son Xeberler