Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Putin açıq şəkildə danışıqlardan yayınır - Zelenski

08.09.2025 00:25 19 baxış sayı 1 dəq. oxuma Metbuat
Putin açıq şəkildə danışıqlardan yayınır - Zelenski

"Putin danışıqları istəmir, açıq şəkildə bundan yayınır".

Metbuat.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu barədə öz “Telegram” kanalında məlumat verib.

“Putin danışıqlardan açıq şəkildə qaçır. buna görə də Rusiyanın yanacaq çatışmazlığı və digər iqtisadi problemləri atəşkəsə və ya liderlər səviyyəsində görüşə razılaşmaqdan imtinanın məntiqi cavabıdır.”, - Zelenski vurğulayıb.

Zelenski liderlərin, dövlətlərin, qurumların bəyanatlarının ardınca güclü addımların – Rusiyaya, Rusiya ilə əlaqəli şəxslərə qarşı sanksiyaların, Rusiya ilə ticarətə güclü tariflərin və digər məhdudiyyətlərin tətbiqinin vacib olduğunu bildirib.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: