
Putin niyə iki liderlə birgə Əliyevə zəng etdi? -Maraqlı detallar

Xəbər verdiyimiz kimi, dünən Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər.
Metbuat.az xəbər verir ki, politoloq Asif Nərimanlı feysbuk hesabında bu məsələni şərh edib.
O qeyd edib ki, Putinin Əliyevə birbaşa yox, Lukaşenko və Emoməli Rəhmonla birlikdə zəng etməsi iki səbəbdən qaynaqlanır.
"Mümkündür ki, Moskvada Əliyevin Qələbə paradında iştirak etməkdən imtina ehtimalı dəyərləndirilib, xüsusilə təyyarənin vurulması böhranı fonunda. İkincisi, Putin təyyarənin vurulması ilə bağlı ilkin hesabatın dərcindən sonra Əliyevə zəng etməyib: parada dəvət məqsədilə zəng etsəydi, Əliyev müzakirələrdə təyyarə məsələsinə də toxunacaq, Bakının haqlı tələblərini yenidən irəli sürəcəkdi; Azərbaycan liderinin pradda iştirakını istəyən Putin bu məsələdə müsbət irəliləyişin olacağına dair ən azı müəyyən sözlər verməli idi. Rusiya prezidenti təyyarə məsələsinin gündəmə gəlməməsi üçün Əliyevə Lukaşenko və Rəhmonla birlikdə zəng etdi. Əliyev paradda iştirak edəcəyini bildirib. Bu, təyyarənin vurulmasına görə Azərbaycanın Rusiyadan gözləntilərini Putinlə birbaşa təmasda gündəmə gətirmək imkanı yaradır. Hətta Əliyev əks gediş edə, Putinin zənginə dəstək verən Lukaşenko və Rəhmonla birlikdə də bu məsələni müzakirə edə bilər", - deyə o qeyd edib.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Putin yenə qəza ilə bağlı İlham Əliyevə zəng etdi
Bugun.az

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Azəri Xəbər

Makron İlham Əliyevə yenidən zəng etdi
Son Xeberler

Ərdoğan Əliyevə zəng etdi
Bugun.az

Paşinyan yenə Putinə zəng etdi
Son Xeberler

Moskvanın və bütün Rusiyanın patriarxı Prezident İ...
Bugun.az


