Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Qalatasaray"ın istədiyi ulduz futbolçu bilindi - Yeni transfer

07.02.2025 14:25 135 baxış sayı 1 dəq. oxuma Metbuat
"Qalatasaray"ın istədiyi ulduz futbolçu bilindi - Yeni transfer

Karlos Kuestanı heyətinə qatan "Qalatasaray" transfer işlərini davam etdirir.

Metbuat.az xəbər verir ki, "Qalatasaray" "Trabzonspor"un müdafiəçisi Eren Elmalı üçün yenidən danışıqlara başlamaqla yanaşı “Lens”in müdafiəçisi Przemysłav Frankovskini heyətinə qatmaq istəyir. Türkliyə mediasının məlumatına görə, UEFA Avropa Liqası və Türkiyə Super Liqasında uğur qazanmaq istəyən "Qalatasaray" heyətini daha da gücləndirmək istəyir. Məlumata görə, Türkiyə klubu futbolçu üçün 5 milyon avro təklif edib.

Bildirilir ki, “Lens” isə təcrübəli futbolçu üçün 7 milyon avro tələb edib. Danışıqlar davam edərkən, "Qalatasaray"ın təklifini artırıb-artırmayacağı maraq doğurur.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: