Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Qarabağ" - "Çelsi" oyunu bu stadionda keçiriləcək

06.10.2025 16:25 23 baxış sayı 1 dəq. oxuma Metbuat
"Qarabağ" - "Çelsi" oyunu bu stadionda keçiriləcək

UEFA Çempionlar Liqasının Liqa mərhələsində çıxış edən "Qarabağ" klubunun "Çelsi" ilə qarşılaşmasını Bakı Olimpiya Stadionunda keçirməyi planlaşdırdığı barədə iddialar yayılıb.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

"Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev açıqlamasında bildirib ki, iddialar əsassızdır.

"Oyunlar Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl "Qarabağ" Avropa kuboklarında bəzi matçlarını Bakı Olimpiya Stadionunda keçirsə də, hazırda komanda ev oyunlarını ənənəvi olaraq Tofiq Bəhramov adına Respublika Stadionunda oynayır.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: