Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Qarpızın bilinməyən faydaları

07.07.2025 03:25 32 baxış sayı 2 dəq. oxuma Metbuat
Qarpızın bilinməyən faydaları

Yay aylarının sevilən meyvələrindən biri olan qarpız təkcə sərinləşdirici dadı ilə deyil, həm də sağlamlıq baxımından olduqca faydalı xüsusiyyətləri ilə seçilir.

Metbuat.az xəbər verir ki, mütəxəssislər bildirir ki, qarpızın tərkibindəki su, vitamin və antioksidantlar insan orqanizmi üçün bir çox müsbət təsirə malikdir.

Orqanizmi nəmləndirir – Qarpızın 90%-dən çoxu sudan ibarətdir. Bu xüsusilə yayda su itkisini bərpa etmək üçün idealdır.
Qan təzyiqini tənzimləyir – Tərkibindəki likopinkalium maddələri ürək-damar sisteminə müsbət təsir göstərir.
İmmuniteti gücləndirir – A, C və B6 vitaminləri ilə zəngin olduğu üçün immun sisteminin güclənməsinə kömək edir.
Dərinin təravətli qalmasını təmin edir – Antioksidantlar sayəsində dərini yeniləyir, günəşin zərərli təsirlərindən qoruyur.
Həzm sisteminə dəstək olur – Lifli quruluşu bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizliyin qarşısını alır.

Mütəxəssislər qarpızın əsas yeməkdən sonra deyil, aralıqda qəlyanaltı kimi yeyilməsini tövsiyə edirlər. Soyuq halda yeyilməsi yay günlərində həm susuzluğu yatırır, həm də bədəni sərinlədir.

Qeyd edək ki, qarpız həm azkalorili, həm də doyumlu meyvə olduğundan pəhriz saxlayanlar üçün də uyğun seçimdir.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: