Qaz və işıq tariflərinin dəyişməsi kimlərə təsir göstərəcək?
Xəbər verdiyimiz kimi, Tarif Şurasının qərarına əsasən, Azərbaycanda qaz və elektrik enerjisi bahalaşıb. Əvvəl bir kilovat saat elektrik enerjisi üçün azı 8 qəpik ödəyən əhali artıq 5 faiz daha çox, yəni 8.4 qəpik ödəyəcək. Həmçinin bir kub metr qaz üçün azı 12 qəpik ödənilirdisə, indi bu rəqəm yarım qəpik daha çox olacaq.
Bəs enerji qiymətlərindəki bu artımlar hansı sahələrdə özünü daha çox göstərəcək?
Bununla bağlı iqtisadçı ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, qazın və işığın qiymətinin artması daha çox xırda sahibkarlara təsir göstərəcək:
“Qiymət artımının özü çox böyük olmasa da, xırda istehsalçılar və yaxud xidmət sahələrində çalışanlara daha çox təsir göstərəcək. Nəticə etibarilə bunun psixoloji təsiri də olur. Yəni işığın, qazın, suyun qiyməti cüzi artsa da, istər-istəməz bütün sahələrdə qiymət artımına təsir edə biləcək, onu sürətləndirəcək amilə çevrilir”.
İqtisadçı qeyd edib ki, yeni qiymətlər kiçik sahibkarlara, məsələn, ev təsərrüfatlarında hansısa bir sahə ilə məşğul olanlara, xüsusilə istilikxana məhsullarının qiymətinin artmasına təsir göstərəcək.
Qeyd edək ki, qiymət artımı ilə bağlı bu qərar 2 yanvar tarixindən qüvvəyə minib.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər
Android 16-nın Yeni Kamera Xüsusiyyəti: Gecə Çəkil...
Texnologiya xəbərləri
Sabahın Havası Çoxları Üçün Əlverişlidir
Bugun.az
Öldüyü deyilən icra başçısından xəbər var -
Son Xeberler
Əhaliyə pensiyalarla bağlı ŞAD XƏBƏR
Xəbər Anı
Noyabrın 10-dan bu marşrutlar pulsuz olacaq
Xəbər Anı
Əhalinin NƏZƏRİNƏ: Bu avtobuslar ödənişsiz xidmət...
Xəbər Anı