
Qazaxıstan və Belarus parlament sədrləri Sahibə Qafarovaya zəng etdilər

Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov və Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Milli Məclisin sədri Sahibə Qafarovaya zəng ediblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, hər iki parlament sədri "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Onlar Azərbaycan xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına səbr diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıblar.
Spiker göstərilən diqqətə və başsağlığına görə həmkarlarına minnətdarlığını bildirib.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Parlament sədrləri "İslamabad Bəyannaməsi"ni imzal...
Bugun.az

Sahibə Qafarova və Alen Simonyan arasında görüş ke...
Bugun.az

Sahibə Qafarova Cenevrədə Namibiya və Bosniya və H...
Azəri Xəbər
Azərbaycan və Ermənistan parlament sədrlərinin gör...
Azəri Xəbər

Alen Simonyan Sahibə Qafarova ilə görüşünü müsbət...
Azəri Xəbər

Spikerə yeni köməkçi təyin olundu
Son Xeberler


