
Qazaxıstanda yenə zəlzələ oldu

Qazaxıstanın cənubunda daha bir zəlzələ qeydə alınıb.
Metbuat.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib.
"Martın 28-i yerli vaxtla saat 15:56-da 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub", - məlumatda qeyd edilib.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, zəlzələnin episentri Qırğızıstan ərazisində yerləşir.
Xəsarət alan və dağıntılar barədə məlumat daxil olmayıb.
Birinci zəlzələ martın 27-dən 28-nə keçən gecə baş verib.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Qazaxıstanda zəlzələ oldu
Bugun.az

Elazığda yenə zəlzələ oldu
Son Xeberler

Türkiyədə yenə zəlzələ oldu
Bugun.az

Türkiyədə yenə zəlzələ oldu
Bugun.az

Azərbaycanda zəlzələ oldu
Son Xeberler

Azərbaycanda zəlzələ oldu -
Ən Son Xəbərlər