Qazi Zaqatalada dağlıq ərazidə necə ölüb? - TƏFƏRRÜAT
Zaqatalada Vətən müharibəsi qazisinin yüksək dağlıq ərazidə ölməsinin təffərüatları məlum olub.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala rayonu Meşləş kəndi yaxınlığında, yüksək dağlıq ərazidə; Əlibəy yüksəkliyi adlanan yerdə Hava Məlumatı Ötürücü Stansiyasının yaxınlığında baş verib.
Belə ki, mərhum 32 yaşlı Hüseyn Məmmədov 38 yaşlı dayısı oğlu Murad Əli oğlu Nurçiyevlə birlikdə Murad Nurçiyevin işlədiyi Zaqatala Hava Məlumatı Ötürücü Stansiyasına gedərkən yolda ehtiyatsızlıqdan yıxılıb.
Bu zaman H. Məmmədovun əlində olan 12 kalibirli ov tüfəngindən atəş açılıb. Hadisə nəticəsində H. Məmmədov bədənin qasıq hissəsindən aldığı ağır yaradan hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, iki övlad atası olan H. Məmmədov Füzuli, Cabrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Yaralı 10 qazi Türkiyədə müalicə olunacaq
Son Xeberler
Zaqatalada ayı qazini parçalayıb öldürdü
Bugun.az
Azərbaycanda 20 sm qar yağdı - FAKTİKİ HAVA
Bugun.az
Bakıda dilənçilik edən "qazi" tutuldu -
Son Xeberler
"Tolikdən özüm xahiş etdim ki, Əliyə həssas söz de...
Son Xeberler
Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqland...
Son Xeberler