Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Qərb yeni güc balansını qəbul etməlidir - Lavrov

21.02.2025 20:25 95 baxış sayı 2 dəq. oxuma Metbuat
Qərb yeni güc balansını qəbul etməlidir - Lavrov

NATO-nun Avropada genişlənməsi Ukrayna böhranına səbəb olub.

Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. O, Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri toplantısındakı çıxışında bildirib ki, Kiyev rəhbərliyinə nəzarətsiz maliyyə dəstəyi və silah verilməsi böhranın sona çatmasına mane olur. Lavrov, Ukrayna böhranı ilə bütün məsələlərin Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında keçirilən məsləhətləşmə görüşündə müzakirə edildiyini bildirib. NATO-nun İraq, Liviya, Əfqanıstan və Suriyadakı hərəkətlərinin beynəlxalq terrorizmin yaratdığı təhlükəni artırdığını ifadə edən Lavrovun sözlərinə görə, dünyada terror qrupları Ukraynadan sızan Qərb silahları ilə qidalanır.

Lavrov bəyan edib ki, Qərb yeni güc balansını qəbul etməli və digər ölkələrlə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmalıdır.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: