Qəzaya uğrayan təyyarənin radarda görünməyən hissəsi dərc edildi
"FlightRadar24" dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin uçuşunun radarda görünməyən hissəsini dərc edib.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "FlightRadar24"nun rəsmi saytında məlumat verilib.
Qeyd olunur ki, "J28243" reysi ilə Bakıdan Qroznıya uçan təyyarə UTC 03:55-də yola düşüb. Təyyarə uçuş zamanı əhəmiyyətli GPS müdaxiləsi ilə qarşılaşdığı zaman ADS-B-nin yeri barədə dəqiq məlumatlar 04:25-ə qədər qəbul edilib. Təyyarə saat 04:25-dən 04:37-dək mövqe məlumatlarının göndərilməsini tamamilə dayandırıb. 04:37 ilə 04:40 arasında təyyarə təxmini səhv mövqe məlumatlarını göndərib.
"Flightradar24" qəbulediciləri 04:40-dan 05:03-ə qədər təyyarədən məlumat ala bilməyiblər və 05:04-dən 05:13-ə qədər ikinci boşluq yaranıb. 05:13-dən 06:07-dək təyyarədən alınan bütün məlumatlarda mövqe məlumatı olmayıb. 06:07 UTC-dən 06:28-ə qədər təyyarədən mövqe məlumatları qəbul edilib.
Oxşar xəbərlər
Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı -
Son Xeberler
Daha bir təyyarə qəzasında ölənlər var
Bugun.az
Dənizə düşən təyyarənin sərnişinlərinin son görünt...
Son Xeberler
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Ba...
Bugun.az
Təyyarənin üç ekipaj üzvü sağ qalıb
Bugun.az
Aktauda qəza yerində fövqəladə vəziyyət rejimi tət...
Bugun.az