Bugun.az
Bugun.az

09.10.2024 12:25

6 abunə

10

Qırmızı Ürəklər Fondu: Sahibsız Heyvanlara Dəstək Olmağın Yolu

Qırmızı Ürəklər Fondu: Sahibsız Heyvanlara Dəstək Olmağın Yolu

Qırmızı Ürəklər Fondu, sahibsiz heyvanların müdafiəsi üçün əllərini birləşdirib, hər kəsi bu müqəddəs işə qoşulmağa dəvət edir.


Dünya Heyvanları Mühafizə Günündə ("Pəncəli Dostlar" layihəsi adıyla) hər kəsə bir "pəncə" uzadan Fond, "Bravo" supermarketlər şəbəkəsi ilə əməkdaşlıq edərək küçə heyvanları üçün su və yem qabları yerləşdirib.


Bu, hər kəsin, pəncəli dostlarımızın rifahına töhfə verə biləcəyi gözəl bir imkandır. Yemək və su qablarını doldurmaqla, onların gündəlik ehtiyaclarını ödəyə bilərsiniz.


Qırmızı Ürəklər Fondu, bu aksiyada daha fəal iştirak etməyə, pəncəli dostlarımızın daha yaxşı bir həyat yaşamasına dəstək olmağa çağırır. Unutmayın, onlar bizə ehtiyac duyan sadiq dostlarımızdır.


Daha çox kömək etmək istəyənlər "Pəncəli Dostlar" layihəsinə Birbank mobil tətbiqi vasitəsilə ianə edə bilərlər. Bu ianələr sahibsiz heyvanların qida, müalicə və digər ehtiyaclarının ödənilməsində istifadə olunur.


İanə üçün: https://t.ly/7Aqrg


Qırmızı Ürəklər Fondu, 2019-cu ildə Kapital Bankın könüllü əməkdaşlarının təşəbbüsü ilə qurulub. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond, ölkəmizdə xeyriyyəçilik mədəniyyətinin inkişafına öz töhfəsini verir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris və maarifləndirmə kimi vacib məsələlərə diqqət çəkən Fond, yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirmək üçün çalışır.


Fondun fəaliyyəti ilə daha yaxından tanış olmaq və ianə etmək üçün https://redhearts.az saytına daxil olmanız kifayətdir.