
Qlobal fəlakət zamanı sağ qalacaq 5 ölkə - Siyahı

Elm adamları dünyada böyük fəlakət baş verə biləcəyi təqdirdə az zərər görəcək ölkələri müəyyən ediblər.
Metbuat.az xəbər verir ki, bu barədə Anglia Ruskin Universitetinin Qlobal Davamlılıq İnstitutu araşdırma aparıb. Qlobal miqyaslı fəlakətin mümkün olduğunu xatırladan mütəxəssislər bildirib ki, qlobal fəlakət zamanı əksər ölkələr ciddi zərər görəcək. Araşdırma zamanı elm adamları ölkələrin öz əhalisi üçün ərzaq yetişdirmək, sərhədlərini arzuolunmaz kütləvi miqrasiyadan qorumaq, istehsal, bol kənd təsərrüfatı torpaqlarının olmasını və digər imkanlarını nəzərdən keçiriblər. Araşdırma zamanı elm adamları həmçinin dünyanın ən zəngin insanlarının sığınacaq tikdiyi ölkələrə diqqət yetiriblər və ən çox sığınacaqların tikildiyi ölkənin Yeni Zelandiya olduğu aşkar edilib.
Məsələ ilə bağlı danışan elm adamı Aled Jones bildirib ki, Yeni Zelandiyanın siyahıda olması təəccüblü deyil. Çünki, sərhədlərin asanlıqla müdafiə oluna bildiyi, iqlimi mülayim olan bölgələr ən təhlükəsiz yerlərdir. Siyahıya Yeni Zelandiya ilə yanaşı İslandiya, İngiltərə, İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti yer alıb.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
Vyetnamda daşqınlar 28 nəfərin ölümünə səbəb olub
Azəri Xəbər

Filippinləri Vuran Güclü "Kalmeqi" Tayfunu: İki Nə...
Son Xeberler

Tramp dünyanın ən varlı insanları üçün bunker tik...
Bugun.az

AFAD Sındırğı Rayonunu Rəsmi Fəlakət Bölgəsi Elan...
Son Xeberler
Melissanın Törətdiyi Daşqınlar: Haiti və Yamaykada...
Son Xeberler

Filippində tayfundan ölənlərin sayı 18-ə çatıb
Azəri Xəbər


