🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Qonşu ölkədən dollarla bağlı QƏRAR

04.01.2025 08:25 9 baxış sayı 1 dəq. oxuma
Qonşu ölkədən dollarla bağlı QƏRAR

Gürcüstan Milli Bankı ABŞ dollarından rezerv valyuta kimi istifadə olunmasından imtina üçün yeni qaydalar tətbiq edir.

Metbuat.az xəbər verir ki, Milli Bank yanvarın 1-dən dedollarizasiya siyasətini sərtləşdirib və lari ilə kreditlərin verilməsi üçün yeni limit tətbiq edib.

Milli Bank eyni zamanda yüksək maliyyə dollarizasiyasının səbəb olduğu struktur risklərinin azaldılması istiqamətində fəal iş aparır.

Yanvarın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, kredit təşkilatları xarici valyutada 500 min lariyə qədər (dollar ekvivalentində 177 min dollardan bir qədər çox) kredit verə bilərlər.

Beş yüz min (500 000) lari məbləğində kredit limiti eyni valyutada tam təminatlı kreditlərə, Gürcüstanda qeydiyyatda olmayan hüquqi şəxslərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən kreditlərə şamil edilməyəcək.

Bununla belə, lari və dollar kreditləri üzrə faiz dərəcələri dəyişməz qalır.

Paylaş: